XƏBƏRLƏR / Mədəniyyət

Əməkdar artist Yadigar Muradovun səhhəti yaxşılaşır

Yadigar Muradov bədənində güc topladıqdan sonra növbəti əməliyyata girəcək

Əməkdar artist Yadigar Muradovun səhhəti yaxşılaşır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovun səhhətini yaxşılaşıb. 

    Bu varədə onun oğlu Yaşar Muradovməlumat verib. 

    O qeyd edib ki, hazırda onun vəziyyəti normaldır: “Həkimlər vəziyyəti çox ciddi nəzarətdə saxlayır. Atamın vəziyyəti hazırda stabildir. Demək olar ki, bədənindəki infeksiya azalıb, qızdırması çox az olur”.

    Yadigar Muradov bədənində güc topladıqdan sonra növbəti əməliyyata girəcək:

    “Bir müddət idi ki, özü rahat şəkildə yemək yeyə bilmirdi. Sistemlə qidalanır. Gözləyirik ki, özü rahat yemək yesin, bədənində güc toplasın, daha sonra növbəti əməliyyat həyata keçsin. Amma dediyim kimi, yavaş-yavaş sağlamlığı bərpa olunur”- deyə o qeyd edib.