XƏBƏRLƏR / Mədəniyyət

“Şuşaya aparan yol”

Filarmoniyada bəstəkar Cahangir Zülfüqarovun simfonik poeması səsləndirilib

“Şuşaya aparan yol”
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 24 oktyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti baş tutub.

    Dirijor Fərhad Xudiyevin (ABŞ) rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist Emil Bağırov (klarnet) dinləyicilər qarşısında çıxış edib.

    Musiqili gecə əvvəlcə Niyazinin “Çitra” baletindən Final rəqsi ilə başlayıb. Cahangir Zülfüqarov “Şuşaya aparan yol” simfonik poeması öz musiqisi ilə izləyicilərin könlünü oxşayıb.

    Konsertin ikinci hissəsində Eldar Xudiyevin klarnet və orkestr üçün ​​​“Sirk” əsərini Emil Bağırov (klarnet) məharətlə ifa edib.

    ​Son olaraq Omar Thomasın “Come Sunday” (“Testimony” və “Shout”) əsəri ilə konsert arasıkəsilməz alqışlarla sona çatıb.