"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı ölüb
Aktrisanın ölüm səbəbi bildirilməyib
Rusiya Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.
Bu barədə TASS-a onun uzun illər çalışdığı A.S.Puşkin adına Moskva Dram Teatrından bildirilib.

Alentova son bir neçə ay hipertonik ürək xəstəliyinin kəskinləşməsindən əziyyət çəkib.
Məşhur aktrisa həmkarı, "Tanrıların qısqanclığı" filmindəki tərəf müqabili Anatoli Lobotskinin dəfnində özünü pis hiss edib. Aktrisa təcili xəstəxanaya yerləşdirilib və orada vəfat edib.

Qeyd edək ki, Vera Alentova 1942-ci ildə Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub.
Aktrisa bir sıra tamaşa və filmlərdə oynayıb.
Həmçinin o, Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" filimindəki rolu ilə şöhrət qazanıb. Film 1981-ci ildə "Ən Yaxşı Xarici Filmi kateqoriyasında “Oskar” qazanıb.
1 dəqiqədən az