Murtuza Muxtarovun Mərdəkandakı ev-muzeyində bərpa ediləcək
Bununla bağlı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” müvafiq işlərə başlayıb

Xeyriyyəçi, neft milyonçusu Murtuza Muxtarovun Mərdəkandakı ev-muzeyində bərpa işləri aparılacaq.
Bununla bağlı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” müvafiq işlərə başlayıb.
Belə ki, Bakının Xəzər rayonu, Mərdəkan kəndində yerləşən Dendroloji Parkın yenidən qurulması və abadlaşdırılması çərçivəsində Ev-muzeydə bərpa işləri aparılacaq.
Ehtimallara görə, bu işlərə 7,1 milyon manat vəsait xərclənəcək.
Qeyd edək ki, Dendroloji bağın yerləşdiyi ərazi 1895-1920-ci illərdə neft milyonçusu və böyük xeyriyyəçi Murtuza Muxtarovun şəxsi bağı olub.