XƏBƏRLƏR / Mədəniyyət

Ankarada küçəyə Üzeyir Hacıbəylinin adı verilib

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib

Ankarada küçəyə Üzeyir Hacıbəylinin adı verilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ilə birgə layihəsi əsasında universitetin daxili küçəsinə dahi Üzeyir Hacıbəylinin adı verilib.

    Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

    Qeyd olunur ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi ölkəmizlə yanaşı, dünyanin bir sıra ölkələrində qeyd olunmaqdadır. Ü.Hacıbəylinin 140 illik yubileyi, onun zəngin irsinin təbliği məqsədi ilə Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir.

    Bu gün - 23 dekabr Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ərazisində Üzeyir Hacıbəyli küçəsinin açılışı, habelə Universitetdə Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı təqdim olunacaq.