“Avroviziya-2023”ün final iştirakçıları bəllidir
Müsabiqənin finalı mayın 13-də keçiriləcək
“Avroviziya-2023” musiqi yarışmasının finalında iştirak edəcək bütün ölkələr məlum olub.
Liverpulda keçirilən müsabiqənin ikinci yarımfinalında ilk on yeri tutan Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Estoniya, Polşa, Avstraliya, Litva, Ermənistan və Sloveniya finala vəsiqə qazanıblar.
Qeyd edək ki, daha əvvəl Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri finala çıxıblar.
Müsabiqənin finalı mayın 13-də keçiriləcək.
Bu il 67-ci dəfə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsində 37 ölkə təmsil olunur.
Qeyd edək ki, yarışmada Azərbaycanı Tural və Turan Bağmanov qardaşları təmsil edirdi. Onlar “Tell me more” mahnısı ilə birinci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxıb. Əkizlər finala vəsiqə qazana bilməyib.