Xalq artisti Zaur Rzayev vəfat edib
Bu barədə onun oğlu Azər Rzayev məlumat verib
Xalq artisti Zaur Rzayev 74 yaşında vəfat edib.
Bu barədə onun oğlu Azər Rzayev məlumat verib.
Xatırladaq ki, Xalq artisti Zaur Rzayev bir neçə gün əvvəl Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.
Zaur Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Müxtəlif musiqi kollektivlərində solist kimi fəaliyyət göstərib, 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.
Zaur Rzayev 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
1 dəqiqədən az