XƏBƏRLƏR / Mədəniyyət

ICESCO-nun Qarabağ haqda hesabatı təqdim edilib

Bu barədə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş direktoru Salem bin Məhəmməd Əl-Malik bildirib

ICESCO-nun Qarabağ haqda hesabatı təqdim edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İCESCO-nun İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salem bin Məhəmməd Əl-Malik bildirib ki, İCESCO Qarabağda mədəni irsin qorunması ilə bağlı missiya həyata keçirib: “Təşkilat Qarabağda işğaldan azad edilmiş ərazilərə ilk missiyasını göndərib və hesabatını Azərbaycan hökumətinə təqdim edib. Hesabat hökumət tərəfindən yüksək qiymətləndirilib”.

    Salem bin Məhəmməd Əl-Malik həmçinin qeyd edib ki, İCESCO Azərbaycanla süni intellekt sahəsində də əməkdaşlıq edir: "Təşkilat Elm və Təhsil Nazirliyi ilə birlikdə İslam dünyasının süni intellekt indeksini hazırlayıb. İndeks ölkələrin bu sahədə hazırlıq səviyyəsini əks etdirir".