12:39
Azərbaycan Kinematoqrafçılar İttifaqına tək namizəd - Xalq artisti Şəfiqə Məmmədova seçilib.
Qeyd edək ki, sədr seçkisi Nizami Kino Mərkəzində baş tutub.
Şəfiqə Məmmədova səs çoxluğu ilə ittifaqın növbəti rəhbəri kimi təsdiqlənib.
Qeyd edək ki, ötən gün Xalq artisti Həmidə Ömərovanın sədrliyə namizəd olacağı ilə bağlı məlumat yayılsa da, aktrisa seçki konransında namizədliyi irəli sürməyib.
Beləliklə, Xalq artisti Şəfiqə Məmmədova yeganə namizəd kimi sədr seçilib.

***
11:58
Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkisi keçirilir.
Konfransda AKİ-nin üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirlər.

Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə tək namizəd aktrisa Şəfiqə Məmmədovadır.
Qeyd edək ki, bir qrup mədəniyyət xadimi Azərbaycan Kinematoqrafçılar İttifaqının konfrans nümayəndələrinə müraciət edib:
"Hesab edirik ki, qarşıdan gələn konfransda AKİ sədrinin seçkisi ilə bağlı alternativ namizədlər də olmalıdır və buna qətiyyən məhdudiyyət qoyulmamalıdır.
AKİ sədrinin seçilməsi şəffaf, ən əsası, demokratik prinsiplər əsasında baş tutmalıdır. Alternativsiz keçirilən seçki ədalətli sayıla bilməz.
Ümid edirik ki, müraciətdə qeyd olunan tələbimiz konfransın gündəliyinə salınacaq.
Biz isə, öz növbəmizdə AKİ-nin sədr postuna (dəyərli sənətkarımız Şəfiqə xanım Məmmədova ilə yanaşı), peşəkar kino yaradıcılığında kifayət qədər nailiyyətləri və təcrübəsi olan Azərbaycan Respublikasının Xalq artisti, professor Həmidə Məmməd qızı Ömərovanın namizədliyini irəli sürürük.
Hörmətli qurultay nümayəndələrinin dəstəyinə ümidlə,
1. Mabud Məhərrəmov – Xalq artisti
2. Xalidə Quliyeva – Xalq artisti
3. Cavanşir Quliyev – Əməkdar incəsənət xadimi
4. Qulu Məhərrəmli – Prezident təqaüdçüsü, Professor
5. Nizami Abbas - Əməkdar incəsənət xadimi
6. Rövşən Quliyev - Əməkdar incəsənət xadimi
7. Rasim Cəfər – Əməkdar artist
8. Teymur Bədəlbəyli – Əməkdar artist
8. Türkan Hüseyn – AKİ-nin katibi
9. Nicat Dadaşov – Ssenaristlər Gildiyasının sədri
10. Zülfiyyə Qurbanova – Kino və Teatr aktrisası
11. Mübariz Nağlyev- rejissor, ssenarist
12. Ülviyyə Heydərova - ssenarist, dramaturq
13. Nurlan Həsənli - rejissor, ssenarist
14. Nəriman Əbdülrəhmanlı - ssenarist, kino tarixçisi
15. Mila Əlibəyova - aktrisa
16. Pərviz Məmmədov - ssenarist
17. Vaqif Azəryar - rejissor
18. Kənan Musayev
19. Sirac Mustafayev -rejissor
20.Azad Axundov
21. İsmayıl Qasımov
22.Samirə Behbudqızı
23. Eldəniz Quliyev - ssenarist, kinodramaturq
24.Pərviz Həsənov - ssenarist, rejissor
25. Səbuhi Məmmədov - aktyor seçimi üzrə rejissor "Actor Agency"
26. Günel Mehri - ssenarist
27. Elman Şeydayev - əməkdar mədəniyyət işçisi, rejissor
28. Şahin Həsənli - kino rəssamı
29. Rövşən Ağayev - rejissor, aktyor
30. Rza Siami - rejissor, prodüser
31. Pərvanə Həsənova - təsvir rejissoru
32. Sədaqət Kamal - kinotənqidçi
33. Reyhan Cəfər-İsayeva - ssenarist
34. Firudin Allahverdi - bəstəkar
35. İlkin Yusif - rejissor
36. Elnur Rzayev - rejissor, ssenarist
37. Cavidan Şərifov - rejissor
38.Kamal Məmmədov - rejissor".
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransı keçirilib. Yetərsay olmadığından konfransın nəticəsi qeydə alınmayıb.
Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir.