XƏBƏRLƏR / Mədəniyyət

“Aşk-ı Memnu”nun aktrisası vəfat edib

Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb

“Aşk-ı Memnu”nun aktrisası vəfat edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin tanınmış teatr və kino aktrisası Gülsen Tuncer 81 yaşında vəfat edib.

    Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

    Gülsen Tuncerin bir müddətdir beyin xərçəngi ilə mübarizə apardığı bildirilirdi.

    Qeyd edək ki, o, “Çalıkuşu”, “Fazilet Hanım ve Kızları”, “Aşk-ı Memnu” seriallarında canlandırdığı obrazlarla daha geniş kütlənin rəğbətini qazanmışdı.