Meyxanaçı Ağakərim vəfat edib
O, uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkirdi
Meyxanaçı Ağakərim (Kərim Novruzov) vəfat edib.
Bu barədə meyxanaçının sənət dostu Ağamirzə (Ağamirzə Məmmədov) məlumat verib.
Qeyd edək ki, Kərim Novruzov uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkirdi.
2017-ci ildə meyxanaçı Ağakərimin beyninə qan sızmışdı.
Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş "Qəzəlxan" festivalının ən yüksək mükafatı olan qızıl medala layiq görülüb.
1 dəqiqədən az