Xurşidbanu Natəvanın şərəfinə mükafat təsis edilib
Mükafatı ISESCO və Heydər Əliyev Fondu təsis edib

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) və Heydər Əliyev Fondu Azərbaycanın ictimai xadimi Xurşidbanu Natəvanın şərəfinə “Natəvan” mükafatının təsis edildiyini elan ediblər.
Qeyd olunur ki, mükafat “İslam dünyasında mədəni irsin idarə olunması və qorunması sahəsində qabaqcıl təcrübənin təbliği və populyarlaşdırılması sahəsində nailiyyətlərə” töhfə vermiş şəxslərə veriləcək.