"Avroviziya"dakı təmsilçimiz finala çıxa bilmədi
“Mamagama” qrupu Avropa səhnəsinə "Run with U" adlı dinamik və enerjili mahnı ilə çıxıb

"Avroviziya - 2025"in ilk yarımfinal mərhələsi keçirilib.
Müsabiqədə 10 nömrə altında “Run with U” mahnısı ilə çıxış edən Azərbaycan təmsilçisi “Mamagama” qrupu müsabiqənin ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb.
Müsabiqənin finalına Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri adlayıblar.
Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq.
Müsabiqənin qalibi mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.