Laçının "MDB mədəniyyət paytaxtı" mərasimi nə vaxt olacaq?
Bu barədə Laçın rayonunda Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev məlumat verib

Laçının MDB mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı açılış mərasimi yaxın günlərdə baş tutacaq.
Bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev məlumat verib.
"Laçının MDB mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı açılış mərasimi 2-4 iyun tarixlərində baş tutacaq.
Açılış mərasimi üçün çoxsaylı qonaqlarımızı gözləyirik. Artıq gördüyünüz kimi, qonaqları qarşılamağa tam hazırıq", - o qeyd edib.