Tanınmış baletmeyster Rəfiqə Axundova vəfat edib
Xalq artistinin İkinci Fəxri Xiyabanda dəfn ediləcəyi bildirilir
Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova vəfat edib.
O, 92 yaşında dünyasını dəyişib.
Xalq artistinin İkinci Fəxri Xiyabanda dəfn ediləcəyi bildirilir.
Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Azərbaycan Opera və Balet Teatrının solisti olub (1951–1971). 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteri kimi çalışıb.
O, bir sıra balet əsərlərinə quruluşunu verərək tamaşaya hazırlayıb. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.
Rəfiqə Axundova baletmeyster Maqsud Məmmədovun həyat yoldaşıdır.
Allah rəhmət eləsin.