“Dan ulduzu” ansamblının ilk skripkaçısı vəfat edib VİDEO

Esmira Babayeva bu yaxında vəfat edən bəstəkar Mobil Babayevin bacısıdır

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Əməkdar artist, skripka ifaçısı Esmira Babayeva vəfat edib.

    Bu barədə onun bacısı Nüşabə Babayeva-Vəkilova məlumat verib. O, bacısının bu gün səhər saatlarında vəfat etdiyini bildirib.

    Esmira Babayeva bu gün dəfn ediləcək.

    Qeyd edək ki, Esmira Babayeva 1947-ci ildə doğulub. O, “Dan ulduzu” instrumental ansamblının ilk skripka ifaçısı olub.

    Xatırladaq ki, Esmira Babayeva bu yaxında vəfat edən bəstəkar Mobil Babayevin bacısıdır.