XƏBƏRLƏR / Mədəniyyət

Alla Puqaçova İsraildən Kiprə köçdü

Müğənni Rusiya-Ukrayna müharibəsi başlayandan qısa müddət sonra ailəsi ilə birlikdə İsrailə köçmüşdü

Alla Puqaçova İsraildən Kiprə köçdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya müğənnisi Alla Puqaçova uşaqları ilə birlikdə İsraildən Kiprə köçüb.

    Rusiya mətbuatı xəbər verir ki, müğənni növbəti ili adada keçirəcək. Nəşrin yazdığına görə, hələ 2017-ci ildə Puqaçova orada villa alıb və avtomatik olaraq uşaqları ilə Kipr pasportu əldə edib. Əri Maksim Qalkin isə Avropa turnesindədir. 

    Qeyd edək ki, müğənni Rusiya-Ukrayna müharibəsi başlayandan qısa müddət sonra ailəsi ilə birlikdə İsrailə köçmüşdü.