XƏBƏRLƏR / Mədəniyyət

“Xarıbülbül” festivalının qonaqları Şuşaya toplaşır VİDEO

Mayın 9-11-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

“Xarıbülbül” festivalının qonaqları Şuşaya toplaşır VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Xarıbülbül" Festivalının qonaqları Şuşa şəhərinə toplaşır.

    "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur.

    Qeyd edək ki, mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Üç gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.