Türkiyənin məşhur “Aşk-ı Memnu” serialında “Süleyman” obrazını canlandırmış aktyor Rana Cabbar vəfat edib. Türkiyə KİV-i xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.
Bildirilib ki, aktyor bir müddət əvvəl xəstəxanaya yerləşdirilib, reanimasiyada olub.
Qeyd edək ki, aktyor “Hercai”, “Baraj”, “Üç kuruş”, “Kaçış” və s. seriallarda da rol alıb.