Kann Film Festivalının afişası təsdiqlənib
76-cı Kann Film Festivalının posteri üçün fransız aktrisa Katerin Dönöv seçilib
Mayın 16-dan 27-dək keçiriləcək 76-cı Kann Film Festivalının posteri üçün yenidən fransız aktrisasına müraciət edilib.
76-cı Kann Film Festivalının posteri üçün fransız aktrisa Katerin Dönöv seçilib. Ağ və qara rəngli poster Artland Vila tərəfindən Alən Kavalyenin “La Chamade” filminin çəkiliş meydançasında Cek Qarofalonun çəkdiyi foto əsasında hazırlanıb.
Katerin Dönöv Kann Film festivalında uzun müddət iştirak edib, xüsusilə də, 1994-cü ildə Klint İstvudun prezidenti olduğu münsiflər heyətinin vitse-prezidenti olub və 2005-ci ildə “Qızıl Palma” mükafatına layiq görülüb.
Qeyd edək ki, aktrisanın qızı Çiara Mastroianni Kann Festivalının aparıcısı olacaq.