“Oskar” nominasiyasına tələblər dəyişdirilir
Bu barədə “The Hollywood Reporter” xəbər verir
ABŞ Kino Akademiyası 2025-ci ildən etibarən “Oskar” nominasiyası üçün tələbləri dəyişəcək.
“The Hollywood Reporter” xəbər verir ki, yeni tələblərə görə, "Ən yaxşı film" mükafatına namizəd olan filmlər 7 gün ardıcıl kinoteatrlarda nümayiş etdirilməlidir.
Qeyd olunub ki, yeni standart kinoteatrları dəstəkləmək və onların əhəmiyyətini qabartmaq üçün Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən qəbul edilib.
Qaydaya əsasən, filmin prokatı 24 yanvar 2025-ci ildən gec olmayaraq başa çatmalıdır.