Lüdviq Yoranssonun “Oskar”a namizədliyi irəli sürülüb
Beş il əvvəl Lüdviq Yoransson “Qara Bəbir” filminə yazdığı orijinal musiqiyə görə ilk “Oskar”ını əldə edib
İsveçli bəstəkar, prodüser, 2019-cu ilin üç əsas “Qremmi” mükafatının qalibi Lüdviq Yoransson Kristofer Nolanın “Oppenhaymer” dramı üçün bəstələdiyi ən yaxşı orijinal musiqiyə görə “Oskar” mükafatına namizəd olub.
Beş il əvvəl Lüdviq Yoransson “Qara Bəbir” filminə yazdığı orijinal musiqiyə görə ilk “Oskar”ını əldə edib, həmçinin ötən il “Vakanda hər zaman” sekveli üzərindəki işinə görə yenidən bu mükafata namizəd olub.
“İşim elə də asan deyildi. Mən musiqinin köməyi ilə personajın xarakterini və onun emosiyalarını çatdırmalı idim”, – deyə məşhur bəstəkar Amerikanın “Vanity Fair” jurnalına müsahibəsində bildirib.
İsveç-Niderland kinooperatoru Hoyte van Hoytema da “Oppenhaymer” filmi üzərindəki işinə görə “Oskar” almaq şansına malikdir. O, altı il əvvəl Kristofer Nolanın “Dankirk” filmi üzərindəki işinə görə bu mükafata namizəd olub.
Qeyd edək ki, “Oskar” mükafatlarının 96-cı təqdimetmə mərasimi martın 10-da Los-Ancelesin “Dolbi” teatrında keçiriləcək.