XƏBƏRLƏR / Mədəniyyət

“Boney M” qrupunun yaradıcısı vəfat edib

BBC xəbər verir

“Boney M” qrupunun yaradıcısı vəfat edib
Frank Farian
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bəstəkar, musiqiçi, “Boney M.” qrupunun yaradıcısı Frank Farian vəfat edib. Bu barədə BBC xəbər verib.

    O, bu gün Mayamidəki evində 82 yaşında vəfat edib.

    Frank Farian 1970-80-ci illərdə şöhrətinin zirvəsini yaşayıb. Almaniyalı musiqiçi daha çox 1975-ci ildə “Boney M.” qrupunu yaratması ilə məşhurdur. Fasilələrlə “Boney M.” qrupu bu günə qədər fəaliyyət göstərir.

    Frank Farian albomları 800 milyondan çox nüsxədə satılıb.