XƏBƏRLƏR / Mədəniyyət

“Sehrli xalat”ın Rəşidi, aktyor Azər Qurbanov vəfat edib

Bu barədə sosial mediada məlumat yayılıb

“Sehrli xalat”ın Rəşidi, aktyor Azər Qurbanov vəfat edib
Azər Qurbanov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aktyor Azər Qurbanov vəfat edib.

    Bu barədə aktyor və ssenarist Yusif Şeyxov sosial mediada paylaşım edib.

    Qeyd edək ki, Azər Qurbanov daha çox “Sehrli xalat” filmindəki Rəşid rolu ilə məşhurdur. O, uzun müddətdir ki, ABŞ-da yaşayırdı.

    Qeyd edək ki, A.Qurbanov “Odessa” kinostudiyasının istehsalı olan “Göy Quş”, “Hakim”, “Xarici Qadın”, “Külək” filmlərində də çəkilib. 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayıdı.

    ANS Press-in əldə etdiyi məlumata görə, Azər Qurbanov bir ay əvvəl vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.