Elxan Qasımov Xırdalanda oğlunun yanında dəfn edilib
Məlumatı Dövlət Film Fondundan veriblər
Mayın 29-da axşam saatlarında vəfat edən əməkdar artist Elxan Qasımov bu gün Xırdalanda oğlunun yanında dəfn ediləcək.
Samir 2005-ci ildə ağır avtomobil qəzası zamanı dünyasını dəyişmişdi.
Xatırladaq ki, Elxan Qasımov 2023-cü ilin may ayında aorta anevrizmasının partlaması səbəbi ilə səhhətində problemlər yaranıb.
Qeyd edək ki, Elxan Qasımov mayın 29-da, 78 yaşında vəfat edib.
O, 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) SSRİ Xalq artisti Adil İsgəndərovun kursunda aktyorluq (1962–1966), Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda rejissorluq (1973–1978) ixtisası üzrə ali təhsil alıb.
Tələbə ikən çəkildiyi "Əhməd haradadır" (1963) filmi (sürücü Əhməd) ilə tanınan və tamaşaçı rəğbəti qazanan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Müxtəlif filmlərdə yaddaqalan rollar oynayıb, rejissor kimi “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib. Həmçinin sənədli filmlərin, "Mozalan" kinosüjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
Azərbaycan tamaşaçısına daha çox "Əhməd haradadır" filmindən şofer Əhməd rolu ilə tanış idi.