“Netflix” tarixin ən bahalı serialını buraxmağı planlaşdırır
Ekran əsəri quldurların kralı olmaq istəyən Meymun D Luffy adlı gəncdən bəhs edir
“Netflix” tarixin ən bahalı serialını buraxmağı planlaşdırır.
Xarici KİV-lər xəbər verir ki, “One Piece” animesi filminin bir serialının dəyəri 18 milyon dollar olmaqla tarixin ən yüksək büdcəli layihəsi ola bilər. Layihənin 10 seriyası 180 milyon dollara başa gələcək.
Ekran əsəri quldurların kralı olmaq istəyən Meymun D Luffy adlı gəncdən bəhs edir.
Bundan əvvəl “Netflix” avqustun 31-də buraxılması planlaşdırılan serialın ilk tizerini yayımlamışdı.
“One Piece” animesi 1999-cu ildə çıxdı, o vaxtdan bəri cizgi seriyasının 1000-dən çox epizodu buraxıldı. “Netflix” adaptasiyasının ilk mövsümü cəmi 10 epizoddan ibarət olacaq.