XƏBƏRLƏR / Mədəniyyət

Adil Kərimli mədəniyyət naziri təyin edildi

Azərbaycan Prezidenti bununla bağlı Sərəncam imzalayıb  

Adil Kərimli mədəniyyət naziri təyin edildi
Adil Kərimli
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

      Prezidentin digər Sərəncamı ilə Adil Kərimli Azərbaycanın mədəniyyət naziri təyin edilib.