XƏBƏRLƏR / Mədəniyyət

Hollivud aktyorları tətilə başlayıblar

Etirazda 160 minə yaxın kino və televiziya aktyorunun iştirakı gözlənilir

Hollivud aktyorları tətilə başlayıblar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hollivud aktyorları bu gün böyük studiyalar və yayım şirkətləri ilə ödənişlərin artırılması ilə bağlı razılığa gəlmədən tətilə başlayıblar.

    Bu barədə ABŞ Ekran Aktyorları Gildiyası və Amerika Televiziya və Kino Aktyorları Federasiyasının danışıqlar komitəsinin rəhbəri Dunkan Krabtri-İreland məlumat verib.

    Onun sözlərinə görə, mövcud yayım modeli aktyorların filmlərin təkrar nümayişindən qazanc əldə etmələrini çətinləşdirir və yüksək inflyasiya onların dolanışıqlarını təmin etmək imkanlarını zəiflədir.

    Etirazda 160 minə yaxın kino və televiziya aktyorunun iştirakı gözlənilir.