Malmödə “Avroviziya”nın açılışı olub
Bütün iştirakçılar “Firuzəyi cığır” üzərində hərəkət ediblər, İsraildən başqa...
Mayın 5-də İsveçin Malmö şəhərində 68-ci dəfə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsinin açılış mərasimi olub.
Açılış müsabiqənin
Bütün iştirakçılar “Firuzəyi cığır” üzərində hərəkət ediblər. Yalnız İsraildən gələn nümayəndə heyəti Holokostun ildönümü ilə əlaqədar bu prosesdə iştirak etməyib.
Qeyd edək ki, bu il qitənin əsas mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları mayın 7-də və 9-da baş tutacaq. Ən yaxşı ifaçı isə mayın 11-də finalda seçiləcək.
Xatırladaq ki, Azərbaycanı bu yarışmada Fahree (Fəxri İsmayılov) təmsil edəcək. O, birinci yarımfinalda "Özünlə apar" mahnısı ilə çıxış edəcək.