XƏBƏRLƏR / Mədəniyyət

"Klon" serialının Zoraydesi vəfat edib

Bu barədə CNN xəbər verib

"Klon" serialının Zoraydesi vəfat edib
Jandira Martini
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Braziliyalı aktrisa Jandira Martini 78 yaşında vəfat edib.

    CNN xəbər verir ki, bu barədə aktrisanın dostu Markos Karuzo məlumat yayıb.

    Aktrisa tamaşaçılara Braziliyanın “Klon” serialındakı rolu ilə tanınır. Martini serialda Zorayde rolunu canlandırıb.

    Martininin ölüm səbəbi açıqlamayıb. Lakin “O Globo” nəşri daha əvvəl Martininin ağciyər xərçəngindən əziyyət çəkdiyini yazmışdı.