Rusiyalı teleaparıcı Anastasiya Zavorotnyuk vəfat etdi FOTO
53 yaşlı Zavorotnyuk 2019-cu ilin avqust ayından bəri xərçənglə mübarizə aparırdı
Rusiyalı teatr və kino aktrisası və teleaparıcı Anastasiya Zavorotnyuk uzun sürən xəstəlikdən sonra gecə saatlarında dünyasını dəyişib.
Rusiya mənbələri xəbər verir ki, 53 yaşlı Zavorotnyuk 2019-cu ilin avqust ayından bəri xərçənglə mübarizə aparırdı.
O, teatr tamaşalarında iştirak etməyi dayandırmışdı. Sənətçi böyük populyarlığı "Mənim gözəl dayəm" serialı ilə qazanmışdı.
Ulduzun yaxınları uzun müddət onun xəstəliyi ilə bağlı məsələyə münasibət bildirməyiblər, lakin sonradan təsdiq ediblər ki, Zavorotnyuk qlioblastomadan (beyin şişinin ən çox yayılmış və ən aqressiv forması) müalicə olunur.
Zavorotnyuk “Apokalipsis kodu”, “Şekspirin heç vaxt xəyal etmədiyi”, “Varis” kimi filmlərdə də oynayıb.