XƏBƏRLƏR / Mədəniyyət

Cavanşir Quliyev Türkiyədə reanimasiyaya yerləşdirilib

Bəstəkarın vəziyyəti orta-ağır olaraq qiymətləndirilir YENİLƏNİB

Cavanşir Quliyev Türkiyədə reanimasiyaya yerləşdirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 09:30

    Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.

    Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib.

    74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib.

    ***

    Əməkdar incəsənət xadimi,bəstəkar Cavanşir Quliyev İstanbulda beyninə qansızması diaqnozu ilə özəl xəstəxanalardan birinə yerləşdirilib.

    Ailə üzvlərindən verilən məlumata görə, bəstəkarın vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

    “Bu gün səhər saatlarında halı pisləşib. Deyəsən beyninə qan sızıb. Şəhər xəstəxanalarının birindədir. "Acıbadem" xəstəxanasına köçürülməsi gözlənilir", - rejissor Ramiz Həsənoğlu məlumat verib.