XƏBƏRLƏR / Mədəniyyət

Xalq artisti İrana Tağıyeva dəfn olundu

Mərhumla görüş Təzəpir məscidində keçirilib

Xalq artisti İrana Tağıyeva dəfn olundu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru Xalq artisti İrana Tağızadə dəfn olunub. Mərhumla əvvəlcə Təzəpir məscidində vida mərasimi keçirilib.

      Mərasimdə mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, mədəni-ictimadi xadimlər iştirak edib.

      Daha sonra mərhumun cənazəsi Qurd qapısı qəbiristanlığında torpağa tapşırılıb.

      Xatırladaq ki, Azərbaycanın Xalq artisti, Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə dünən ürəktutmasından vəfat edib.

      Qeyd edək ki, İrana Tağızadə əfsanəvi rejissor Tofiq Tağızadənin qızıdır, Əməkdar artist Firdovsi Atakişiyevin həyat yoldaşıdır. 

      Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev ANS Press-ə bildirib ki, İrana xanımla vida mərasiminin Təzəpir məscidində keçirilməsini mərhumun həyat yoldaşı, aktyor Firdovsi Atakişiyev istəyib.