XƏBƏRLƏR / Mədəniyyət

Şəfiqə Məmmədova AKİ sədri postuna namizəddir

Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək

Şəfiqə Məmmədova AKİ sədri postuna namizəddir
Şəfiqə Məmmədova
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

    Sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

    Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı bildirilib ki, bildirib ki, sədrliyə namizədlər konfransa yaxın vaxtda mətbuata açıqlanacaq.

    Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

    Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.