Mədəniyyət naziri postuna yeni təyinat oldu FOTO
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb
Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə o, mədəniyyət nazirinin birinci müavini təyin edilib. Bununla yanaşı, mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib.
A.Kərimli 1979-cu il təvəllüdlüdür, 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2001-ci ildə isə magist elmi dərəcəsində bitirib, hüquq üzrə fəlsəfə doktorudur. Daha sonra Bakı Dövlət Universitetində cinayət hüququ ixtisaslaşması üzrə doktorantura təhsili alaraq, hüquq üzrə fəsəfə doktoru elmi dərəcəsinə yiyələnib. O, doktorantura işi üçün "Qəsdən adam öldürmə cinayətlərinin tövsüfündə motivin yeri və rolu" adlı dissertasiya işi müdafiə edib. Bunun ardınca İtaliyada "Beynəlxalq və transmilli cinayətlər" istiqaməti üzrə ixtisaslaşma kursu keçib. Daha sonra 4 il "Pro Bono" Vəkil Bürosunda vəkil işləyib. A.Kərimli 2010-cu ildə Azərbaycanın "Eurovision" yarışmasındakı nümayəndə heyətinin rəhbəri olub. Prezident İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib. İngilis və rus dillərini bilir.