Şuşa məscidi üçün toxunan xalçanın diametri 22 metrdir FOTO
"Azərxalça" yaradıcı heyəti və toxuculuq qrupu dünya xalçaçılıq tarixində ən böyük dairəvi əl işi olan xalçanı toxuyub
"Azərxalça" yaradıcı heyəti və toxuculuq qrupu dünya xalçaçılıq tarixində ən böyük dairəvi əl işi xalçanı (diametri 22,17 metr) toxuyub.

Bu möhtəşəm xalça Şuşa məscidi üçün nəzərdə tutulub. Qarabağ xalçaçılıq məktəbinə aid olan və Xətai xalçasının elementlərini özündə birləşdirən xalça üzərində əsas iş İsmayıllı və Şabran rayonlarında yerləşən emalatxanalarda aparılıb.

150 xalçaçının iştirak etdiyi xalça üzərində işlərə ötən ilin dekabr ayında başlanılıb.
1 dəqiqədən az