Amerikalı aktyor və rejissor Robert Duvall vəfat edib
AFP agentliyi həyat yoldaşının açıqlamasına istinadən xəbər verir
AFP agentliyi həyat yoldaşının açıqlamasına istinadən xəbər verir ki, amerikalı aktyor və rejissor Robert Duvall 95 yaşında vəfat edib.
Duvall "Hərbi Xəstəxana", "Xaç atası" və "Apokalipsis İndi" filmlərindəki rolları ilə tanınır. O, 100-dən çox filmdə rol alıb.

Duvall televiziya karyerasına 1960-cı illərdə başlayıb. 1962-ci ildə o, "Bülbülü öldürmək" filmində Bu Radli rolunu canlandıraraq bədii filmdə debüt edib. 1966-cı ildə aktyor Brodveydə çıxış etməyə başlayıb.
Duvall 1984-cü ildə "Tender Mercies" filmindəki roluna görə "Ən Yaxşı Aktyor" nominasiyasında Oskar mükafatı qazanıb. O, həmçinin BAFTA mükafatı və dörd Qızıl Qlobus mükafatı alıb.
1 dəqiqədən az