“Disney” böhrandan çıxış yollarını axtarır
Şirkət həmçinini yubileyini qeyd edir
Bu il “Disney” əyləncə nəhəngi 100 illiyini qeyd edir. “Disney Brother Cartoon Studio” şirkəti 1923-cü il oktyabrın 16-da Uolt Disney və onun qardaşı Roy tərəfindən yaradılıb. Bununla dünyada ən böyük əyləncə şirkətlərindən birinin əsası qoyulub. Filmlərin baxılması və istehsalı üsullarının dəyişməsi “Disney”in qarşısında bütövlükdə yüzilliyə dair yeni vəzifələr qoyub. Lakin uğurlar bunu təsdiq edir: 26 “Oskar” və 37 nominasiya.
Şirkətin məlumatına görə, koronavirus pandemiyasının bir çox sahələrdə şirkətin planlarını pozmasına baxmayaraq, son dörd ildə biznes durğunluq yaşayır. Lakin “Disney” böyük itkilərə rəğmən böhranın öhdəsindən uğurla gəldi. İtkilər isə cüzi deyil; təxminən 45 milyard dollar məbləğində uzunmüddətli borc yığılıb.
“Disney” təkrarolunmaz kino şirkətləri və ekranlaşdırma hüquqları kainatını yaradıb. Hər şey 1928-ci ildə “Uolt Disney”in qurucusu və illüstratoru Uolter Eliasın cizgi filmlərindən başlayıb. Kult personajlar Mikki Maus, Donald Dak, Qufi və Pluton dünyaca məşhur oldular və uzun illər “Disney” brendini təmsil edirdilər. Daha sonra “Ağbəniz və yeddi cırtdan”, “Pinokkio”, “Bembi”, “Zoluşka”, “Yatan Gözəl” və “Aslan Kralı” kimi dünya hitləri ərsəyə gəlib. “Disney” hər bir uşağın tanıdığı uğurlu dünya brendlərindən birinə çevrilib.
Yəqin bir çoxlarına məlum deyil ki, 2019-cu ildə “Disney” “21th Century Fox” media şirkətini əldə edib və onu “Walt Disney Company”yə verib. “21th Century Fox” şirkəti “20th Century Studios” studiyası adlandırılıb, onun ən tanınmış filmləri, serialları və franşizləri arasında aşağıdakılar yer alıb: “Ulduz müharibələri”, “Titanik”, “Buz dövrü”, “Adam X”, “Die Hard”, “Yabancı”, “Meymunlar planeti”, “Simpsonlar”, “Amerikalı ata”, “Amerikalı ailə”, “Stok X”.
Lakin bütün bu uğurlara baxmayaraq, “Disney” şirkəti itkilərə məruz qalır. Əsas səbəb ondan ibarətdir ki, ümumi televiziya dövrünə qayıdış olmayacaq. Kinoteatrlar həmişəki kimi tamaşaçıların sayının azalmasından əziyyət çəkirlər. “İndiana Cons”, “Qarışqa Adam” və “Elemental” kimi hər filmin istehsalına 200 milyondan çox xərc çəkilən “Disney” blokbasterləri prokatda uğursuzluğa uğrayıblar, çünki gənc hədəf qrupunun tamaşaçı vərdişləri istənilən yerdə və istənilən zaman yayım axını tərəfə hərəkət edib.
Amma “Disney”in rəhbəri Robert Ayqer ruhdan düşmür və növbəti on il ərzində tematik parklara və kruiz biznesinə 60 milyard dollar məbləğində investisiya qoymaq niyyətindədir. Dəyişikliklərə miqyaslı qiymətlər düzəlişi daxildir. Şirkətdəki mənbələr deyirlər ki, Floridadakı “Disney World”də illik bilet qiymətlərinin 40-50 dollar artacağı gözlənilir.
Bildirilir ki, 72 yaşlı Robert Ayqer artıq faktiki olaraq istefa edib, lakin onun varisi Bob Çapekdən narazılıq artandan sonra qayıdıb. İndi Ayqer 2026-cı ilə qədər “Disney”in rəhbərliyində qalmaq istəyir. O qrupun bu dəyişikliklərin öhdəsindən gələcəyi ilə bağlı “son dərəcə nikbindir”.