Dünya məşhurları Bakıda “Məhəbbət əfsanəsi” ni izləyəcəklər
Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında təqdim olunacaq
İtaliyanın ən böyük və məşhur konsert məkanlarından olan “Arena di Verona”nın bədii rəhbəri Stefano Trespidi, “royalların Ferrarisi” adını almış, dünyaca məşhur FAZIOLI royallarını istehsal edən fabrikin yaradıcısı, “müasir Stradivari” Paolo Fazioli, Rusiyanın məşhur balet artisti, “Məhəbbət əfsanəsi”ndə Fərhad rolunun ifaçılarından biri olmuş Nikolay Tsiskaridze sentyabrın 18-də “Məhəbbət əfsanəsi”nin möhtəşəm təqdimatını izləmək üçün Bakıya gəlir.
eyd edək ki, Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında təqdim olunacaq.