Ceki Çanın baş rolda olduğu film Azərbaycanda çəkiləcək
Bu barədə "Varieti" nəşri məlumat yayıb
Ceki Çanın baş rolda çəkildiyi "Tanrının Zirehi IV: Ultimatum" filmi Azərbaycan və Qazaxıstanda çəkiləcək - Varieti.com

Dünyaca məşhur çinli aktyor Ceki Çanın baş rolda çəkildiyi "Tanrının Zirehi IV: Ultimatum" filminin dördüncü hissəsi Azərbaycan və Qazaxıstanda çəkiləcək. Filmin rejissoru Robert Kun, prodüseri isə "Salem Entertainment" şirkətidir. Əsas çəkilişlər iyul ayına planlaşdırılır və dünya miqyasında nümayişi 2027-ci ilin ikinci rübündə gözlənilir.
Film, Ceki Çanın personajı Asia Hawkın hekayəsini davam etdirir. O, yenidən 20 milyon dollardan çox mükafata layiq görülən Tumar adlı qədim bir əsərin qlobal axtarışında özünü tapır.
1 dəqiqədən az