XƏBƏRLƏR / Mədəniyyət

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi oldu

Nemo Mettler (Nemo) 591 xal toplayıb

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 68-ci “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi müəyyənləşib.

    İsveçrə təmsilçisi Nemo Mettler (Nemo) 591 xal toplayaraq qalib olub.

    İsveçdəki Malmö Arenada keçirilən yarışda isveçrəli müğənni “The Code” mahnısını səsləndirib.

    İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Xorvatiya (547) və Ukrayna (453) təmsilçiləri yer alıb.