Qobustanda yeni qayaüstü oyma aşkar edilib FOTO
Bu barədə Qobustan Milli Tarix və Bədii Qoruğunun açıqlamasında bildirilib
Qobustan Milli Tarix-Bədii Qoruğunda yeni qayaüstü oyma aşkar edilib.

Bu barədə Qobustan Milli Tarix və Bədii Qoruğunun açıqlamasında bildirilib.
Qeyd edilib ki, 2026-cı ildə qoruqda aparılan ilk monitorinq zamanı Kiçikdaş dağında əvvəllər qeydə alınmamış qayaüstü oyma aşkar edilib.

Bu orta ölçülü öküz oyması texnika və üslub baxımından ərazidə qeydə alınmış digər öküz oymalarından fərqlənir.
1 dəqiqədən az