XƏBƏRLƏR / Mədəniyyət

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi

Qonaqlar bu gün Şuşada da olublar

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyət Günlərinə dekabrın 18-də Füzuli şəhər Mirzə Uluqbəy adına məktəbdə yekun vurulacaq.

    Özbəkistan Mədəniyyəti Günləri ilə bağlı qardaş ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti, tanınmış incəsənət nümayəndələri və aparıcı bədii kollektivləri Füzuli şəhərinə gəlib.

    Qonaqlar bu gün səhər saatlarında Şuşa şəhərinə səfər edib, tarixi məkanlarla həmçinin şəhərdə aparılan tikinti quruculuq işləri ilə tanış olublar. Daha sonra isə Füzuli şəhərinə gəliblər və Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi başlayıb.

    Mədəniyyət Günlərinin keçirilməsində məqsəd Özbəkistanla Azərbaycan arasında dostluq əlaqələrini daha da möhkəmləndirmək, humanitar əməkdaşlığı inkişaf etdirmək və iki ölkə arasında mədəni dialoqu genişləndirməkdir.

    Qeyd edək ki, daha əvvəl 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilib.