XƏBƏRLƏR / Mədəniyyət

Lənkəran Zindan (Dairəvi) qalası bərpa olunacaq

Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər

Lənkəran Zindan (Dairəvi) qalası bərpa olunacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Lənkəran Dairəvi qalasının layihəsinin hazırlanması çox müddət tələb etdi”.

    Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.

    Onun sözlərinə görə, hələ 2019-cu ildə qalanın layihəsi hazırlansa da bərpa işləri həmin vaxt aparılmadığından və o dövrdən bəri qalada artıq yeni dağıntılar baş verdiyindən layihəyə əlavələr aparılıb: “Yaxın zamanda bərpa işlərinə başlanılacaq”.

    Qeyd edək ki, Zindan qalası və ya Dairəvi qala — XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsi olub. Qala və ona bənzəyən ikinci tikili Lənkəran mayakıdır.