“Avroviziya-2023”ün loqo və şüarı təqdim olundu VİDEO
Bu barədə yarışmanın rəsmi instaqram hesabında bildirilib
Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub. Loqonun hazırlanmasında dörd parlaq rəngdən istifadə olunub. Builki şüar “United by Music” (“Musiqi ilə birləşdirilənlər”) olub.
Qeyd edək ki, müsabiqənin yarımfinalları 9 və 11 may, finalı isə 13 mayda baş tutacaq. Azərbaycan yarışmada iştirak edəcəyini təsdiqləyib.
Xatırladaq ki, sözü gedən müsabiqə 2023-cü ildə Ukraynada keçirilməli idi. Lakin Ukraynada müharibə getdiyindən bu missiyanı Böyük Britaniya öz üzərinə götürüb.