XƏBƏRLƏR / Mədəniyyət

Netflix media nəhəngi Warner Bros-u $82,7 mlrd.-a satın aldı

Bu barədə "The Hollywood Reporter" məlumat yayıb

Netflix media nəhəngi Warner Bros-u $82,7 mlrd.-a satın aldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Amerikanın yayım xidməti "Netfli" ən böyük media konqlomeratlarından biri olan "Warner Bros."-u 82,7 milyard dollara satın aldığını elan edib. The Hollywood Reporter-in məlumatına görə, "Netflix" studiyanın hazırkı əməliyyatlarını, o cümlədən film yayımını və "Harry Potter", "Friends" və "The Lord of the Rings" kimi əsas franşizaları saxlamağı planlaşdırır.

    Şirkətlərin bəyanatında vurğulanır ki, "Netflix"in qlobal auditoriyasını "Warner Bros."un kitabxanası və brendləri ilə birləşdirmək məzmun yaradıcıları üçün yeni imkanlar yaradacaq və ikonik intellektual mülklərə çıxışı genişləndirəcək. Ümumi qiymətdən başqa müqavilənin təfərrüatları hələ açıqlanmayıb.