Ceki Çanın "Tanrının Qəzəbi" filminin Bakıda çəkilişləri
Layihədə 100-dən çox yerli mütəxəssis iştirak edir. Mədəniyyət Nazirliyi və ARKA dəstək verir FOTO
Ceki Çanın rol aldığı "Tanrının Qəzəbi: Ultimatum" filminin çəkilişlərinin növbəti mərhələsi Bakıda başlayıb.

Bu, "Tanrının Zirehi" kult franşizasının dördüncü hissəsidir.

Ceki Çan ilk dəfə olaraq Azərbaycanda çəkilişlərə başlayır.
Aktyor bildirib ki, "Əvvəllər heç vaxt çəkiliş etmədiyim bir ölkədə işləmək mənim üçün xüsusilə həyəcanvericidir".

Layihədə 100-dən çox yerli mütəxəssis iştirak edir. Çəkilişlər 2026-cı ilin payızına qədər davam edəcək, premyerası isə 2027-ci ilə planlaşdırılır.
Mədəniyyət Nazirliyi və ARKA dəstək verir.
1 dəqiqədən az