XƏBƏRLƏR / Mədəniyyət

Dirijor Fuad İbrahimov Almaniyada rekorda imza atıb FOTO

Azərbaycanlı dirijor ilk dəfə olaraq 230 musiqiçidən ibarət orkestri idarə edib

Dirijor Fuad İbrahimov Almaniyada rekorda imza atıb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın əməkdar artisti Fuad İbrahimov Almaniyada rekorda imza atıb.

    İlk dəfə olaraq 230 musiqiçidən ibarət Münhen Yeni Filarmoniyasının Simfonik Orkestri "Herkulessaal" konsert salonunda dirijorun rəhbərliyi altında çıxış edib.

    "Bu, mənim üçün heyrətamiz təcrübə oldu. Səhnədə musiqiçilərdən başqa xor və solistlər Natali Lyuis və Lidiya Teuşer də var idi", - İbrahimov bildirib.