Kinorejissor Eldar Quliyevin 85 illiyi qeyd ediləcək
Bu barədə Dövlət Film Fondundan məlumat verilib
Yanvarın 29-da Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli kinorejissor Eldar Quliyevin anadan olmasının 85 illiyi qeyd ediləcək.
Bu barədə Dövlət Film Fondundan məlumat verilib.
Bildirilib ki, tədbirdə rejissor Əfqan Yusifovun görkəmli sənətkara həsr olunmuş “Ən vacib müsahibə 2” sənədli filmi nümayiş etdiriləcək.
1 dəqiqədən az