XƏBƏRLƏR / Mədəniyyət

Məşhur hind aktyoru Dharmendra vəfat edib

Bu barədə Hindustan mətbuatı məlumat yayıb

Məşhur hind aktyoru Dharmendra vəfat edib
Dharmendra
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bollivud əfsanəsi, Hindistanın məşhur aktyoru Dharmendra Deol 90 yaşında vəfat edib.

    Bu barədə Hindustan mətbuatı məlumat yayıb.

    Bildirilib ki, noyabrın 11-i nəfəs darlığı səbəbilə xəstəxanaya yerləşdirilən aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.

    Qeyd edək ki, Azərbaycan tamaşaçısı onu “Zita və Gita”, “Əlibaba və qırx quldur”, “Qisas və qanun“, “Daş və Çiçək”, “Sevimli Raca” və s. filmlərindən tanıyır.